Ermənistanın Azərbaycandan oğurladığı mədəni irs UNESCO-nun muzeyində nümayiş olunacaq

1 month ago 16

Ermənistanın Azərbaycandan oğurladığı mədəni irs UNESCO-nun virtual muzeyində nümayiş olunacaq.

Oxu.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Hesabatda UNESCO-nun Oğurlanmış Mədəni Sərvətlərin Virtual Muzeyində 2024-cü ildə nümayiş etdirilməsi üçün xüsusi bir layihə hazırlandığı barədə məlumat verilib.

Qeyd olunub ki, layihə çərçivəsində, Ermənistanın işğalı dövründə ərazilərimizdən oğurlanmış qiymətli mədəni irs nümunələrinin siyahısı tərtib edilərək UNESCO-ya təqdim olunub.

Mərahim Nəsib

Read Entire Article