Ermənistanda yüksəkvəzifəli şəxsin ərinin qazdoldurma məntəqəsində atışma olub

4 weeks ago 10

Ermənistanın Eçmiədzin (Üçkilsə) vilayətindəki maye qazdoldurma məntəqəsində atışma olub, bir nəfər öldürülüb.

Oxu.Az bu barədə Ermənistan mediasına istinadən xəbər verir.

Hadisənin baş verdiyi obyektin Eçmiədzin meri Diana Qasparyanın ərinə məxsus olduğunu bildirilir.

Ölən şəxsin isə 36 yaşlı Armavir bölgəsinin sakini Artur Paronyan olduğu deyilir.

Read Entire Article