Erməni hücumuna məruz qalan qubalılar: "Kənd sakinlərinin çoxu meşələrdə gizlənməli olub"

3 weeks ago 10

Quba rayonunun Alpan kəndi 1918-ci ildə ermənilər tərəfindən ən çox hücuma məruz qalan yaşayış məntəqələrindəndir.

Kəndə girən ermənilər dinc sakinləri qətlə yetirməklə yanaşı, qəbir daşlarına ziyan vurub, 16-cı əsrə aid Subaba türbəsini yandırıblar.

"Ermənilər bizim kəndə hücum edərkən ilk növbədə imkanlı adamların evlərinə ziyan vurublar. Babamın evini də yandırıblar. Kəndin sakinlərinin çoxu meşələrdə gizlənməli olub", − deyə Turan Hacıyev bildirib.

Digah sakini Mənsur Hacıyev isə erməni vəhşiliyindən danışarkən söyləyib ki, sakinlərdə silah olmadığı üçün çoxu əliyalın şəkildə ermənilərin qabağına çıxıb.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Erməni hücumuna məruz qalan qubalılar: "Kənd sakinlərinin çoxu meşələrdə gizlənməli olub"

Read Entire Article