Ermənistan internetsiz qaldı: Nə baş verir?

1 hefte evvel 16

"Ermənistanda beynəlxalq internet əlaqə kanalları zədələnib, nəticədə bütün ölkə üzrə sabit və mobil internet xidmətlərinə giriş məhdudlaşdırılıb".

Oxu.Az-ın Ermənistan mediasına istinadən məlumatına görə, bu barədə respublikanın "Team Telecom" şirkəti xəbər verib.

Bildirilib ki, internetdəki fasilələr Tavuş vilayətində yol tikintisi ilə əlaqədardır.

"Yol işləri zamanı kabellər zədələnib. Hazırda mütəxəssislər ərazidə işləyirlər. Onlar problemi mümkün qədər tez həll etməyə çalışırlar", - deyə şirkətin nümayəndəsi bildirib.

Xatırladaq ki, tikinti işləri ilə əlaqədar bu gündən etibarən Kirants (Güney) kəndi ərazisindən keçən hissəsi - Gürcüstana gedən dövlətlərarası yolun bir hissəsi bağlanıb.