ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2023-ci ilin sentyabr müqaviləsinin dəyəri 2.55% artaraq 1 barelə görə 78.47 dollar təşkil edib.
"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqust ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 2.87% artaraq, 73.86 dollar təşkil edib.