DSX: Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib

3 weeks ago 10

 Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib Foto

  1. Ana səhifə
  2. Kriminal
  3. DSX: Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib

Bu gün / 12:28 346

Mart ayının 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından pilotsuz uçuş aparatı vasitəsilə narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, qoşun-əməliyyat tədbirləri nəticəsində kiçikhəcmli uçuş vasitəsi zərərsizləşdirilib, 460 qram narkotik vasitə marixuana ərazidən götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Read Entire Article