Danimarka ABŞ ilə münasibətlərdə taktikasını dəyişdi

2 weeks ago 19

Danimarka ABŞ ilə Qrenlandiyanın statusu məsələsində münasibətlərdə taktikasını dəyişib. İndi Kopenhagen Vaşinqtonun ritorikasına qarşı durmağa çalışır.

Oxu.Az-ın məlumatına görə, bu barədə "Financial Times" yazır.

"Əvvəllər Trampın tələblərini görməməzlikdən gəlməyə çalışan və müttəfiqlərini onun şərhlərinə reaksiya verməməyə çağıran Danimarka son həftələrdə taktikasını dəyişərək Vaşinqtonun ritorikasına qarşı durmağa çalışır", - deyə mənbədən bildirilir.

Qeyd olunur ki, Danimarkanın xarici işlər naziri Lars Lekke Rasmussen Tramp administrasiyasının Qrenlandiyada Kopenhagen rəhbərliyinə qarşı hücumlarına açıq şəkildə cavab verib.

Rasmussen Danimarka və ABŞ arasında 1951-ci ildə imzalanmış və Vaşinqtona adada hərbi mövcudluğunu gücləndirməyə imkan verən müdafiə sazişini xatırladıb.

Xarici işlər naziri qeyd edib ki, 1945-ci ildə Qrenlandiyada ABŞ-nin 17 hərbi bazası olub, indi isə cəmi bir baza qalıb.

Read Entire Article