"Fransanın imperialist rejimi müstəmləkə əraziləri azad olunana qədər davam edəcək".
Oxu.Az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda Martinika Ədalət Kollektivinin İctimaiyyət və Gənclərlə Əlaqələr Şöbəsinin rəhbəri Daniel Dübua deyib.
O vurğulayıb ki, beynəlxalq norma və hüquqların mövcudluğuna baxmayaraq, Fransa insan hüquq və azadlıqlarını, insanların mülkiyyət və təhlükəsizlik hüquqlarını dənizaşırı ərazilərdə pozmağa davam edir.
"Biz azadlığımızı əldə edənə qədər Fransanın müstəmləkə siyasətinə qarşı mübarizəmizi davam etdirəcəyik", - deyə o bildirib.
Aləmdə Nəsib