"Bizim əvvəl Rusiyadan 100 faizlik qaz asılılığımız var idi. İlk mərhələdə Rusiyanın Ukraynaya əsassız hücumuna görə, qazın həcmini 45 faiz azaltdıq. Hazırda isə 13 faiz asılılığımız var. Hədəfimiz Rusiya qazından kənara çıxmaqdır".
Oxu.Az xəbər verir ki, bu fikirləri Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 3-cü iclasının yekunlarına dair keçirilən mətbuat konfransında Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Dan Yorgensen deyib.
O bildirib ki, yalnız Azərbaycan kimi dostlar sayəsində yüksək əməkdaşlıqla qaz məsələləri həll olunacaq:
"Biz həmçinin karbondan 2050-ci ilə qədər azad olmağı planlaşdırırıq. Bu bizim üçün əhəmiyyət kəsb edir. İrəliləyən zamanlarda bu istiqamətdə etibarlı münasibətlərə can atırıq".
Məhərrəm Əliyev