Bu gün Azərbaycanın daha beş cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirində mübarizəyə qoşulacaq.
Oxu.Az xəbər verir ki, ikinci yarış günündə təmsilçilərimiz üç çəki dərəcəsində qüvvələrini sınayacaqlar.
Kişilər arasında Qədir Hüseynov, Rüfət Şövlətov (hər ikisi 73 kq) və Məhərrəm İmamverdiyev (81 kq) medallar uğrunda mübarizə aparacaqlar. Qadınların yarışında isə Günel Həsənli və Südabə Ağayeva (hər ikisi 70 kq) tatami üzərinə çıxacaqlar.
Qeyd edək ki, yığma turnirdə səkkiz çəki dərəcəsində 11 cüdoçu (yeddi kişi, dörd qadın) ilə təmsil olunur.