Cənubi Koreyada meşə yanğınını söndürən helikopter qəzaya uğrayıb

1 week ago 5

Cənubi Koreyanın Tequ şəhərinin ətraf ərazilərindəki meşə yanğınını söndürərkən helikopter qəzaya uğrayıb.

Bu barədə Oxu.Az "Yonhap" agentliyinə istinadla xəbər verir.

Hadisə nəticəsində pilot həlak olub.

İlkin məlumata görə, helikopterdə ancaq bir pilot olub. Helikopter sonradan söndürülən yanğın yerindən təqribən 100 metr aralıda qəzaya uğrayıb.

Qeyd edək ki, Cənubi Koreyanın cənub-şərqində baş verən yanğınlar nəticəsində 31 nəfər həlak olub.

Read Entire Article