"Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşünün may ayında Macarıstanda, rəsmi zirvə görüşünün isə oktyabrda Azərbaycanda keçirilməsi nəzərdə tutulub".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
O qeyd edib ki, Türk Dövlətləri Təşkilatı Azərbaycan üçün vacib beynəlxalq təşkilatdır:
"Prezident İlham Əliyevin də dediyi kimi, bu bizim ailə təşkilatımızdır və Azərbaycan burada hər zaman fəal iştirak edir. Təşkilatın zirvə görüşünün rəsmi və qeyri-rəsmi olmaqla ildə iki dəfə keçirilməsi artıq gözəl bir ənənəyə çevrilib.
Ötən il qeyri-rəsmi zirvə görüşü Azərbaycanda, Şuşada keçirilmişdi və orada tarixi Qarabağ Bəyannaməsi qəbul edilmişdi. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşünün may ayında Macarıstanda, rəsmi zirvə görüşünün isə Azərbaycanda keçirilməsi nəzərdə tutulub. İndi bu istiqamətdə çox fəal hazırlıq işləri aparılır".
Məhərrəm Əliyev