"Yaxın zamanlarda Azərbaycan və Suriya xarici işlər nazirləri arasında telefon danışığı olacaq".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumunda jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Suriyada Azərbaycan səfirliyi 12 illik fasilədən sonra fəaliyyətini bərpa etdi:
"Bizim səfirliyimiz Əsəd rejiminin qeyri-dost addımları səbəbindən fəaliyyətini dayandırmışdı. Rejim devrildikdən sonra isə münasibətlərin bərpası istiqamətində addım atıldı. Artıq ilk humanitar yardımı da göstərmişik.
Azərbaycan Suriyanın bərpasına əlindən gələn dəstəyi göstərəcək".
Məhərrəm Əliyev