Çempionlar Liqası: “Borussiya” - PSJ matçının taleyini bir qol həll etdi - VİDEO

2 hefte evvel 19

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ikinci görüşü baş tutub.

Oxu.Az xəbər verir ki, Almaniyada Dortmund “Borussiya”sı ilə “Paris Sen-Jermen” üz-üzə gəlib.

Görüşün taleyini bir qol həll edib. Fülkruq 36-cı dəqiqədə fərqlənərək meydan sahiblərinə qələbə qazandırıb - 1:0.

Qeyd edək ki, bu cütün cavab matçı mayın 7-də keçiriləcək.

Xatırladaq ki, ötən gün ilk yarımfinal oyununda “Bavariya” “Real Madrid”lə sülh bağlayıb - 2:2.