Bəzi yerlərdə güclü külək əsir - FAKTİKİ HAVA - 18.03.2025

1 month ago 11

Ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti davam edir.

Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda ölkə ərazisinin bəzi yerlərində şimal-qərb küləyi əsir. Küləyin sürəti Qəbələdə 30 m/s, İsmayıllıda 24 m/s, Daşkəsəndə 21 m/s, Qobustanda 20 m/s, Goranboy, Laçında 19 m/s, Mingəçevir, Şahdağ, Bakı və Abşeron yarımadasında 18 m/s, Gədəbəy və Füzulidə 16 m/s, Şəkidə isə 14 m/s-dək güclənib.

Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR-də 24, Aran rayonlarında 31, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.

Read Entire Article