Brüsseldə Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə edilib - FOTO

1 hefte evvel 8

Brüsseldə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə son razılaşmadan sonrakı normallaşma prosesində regional dinamika müzakirə edilib.

Oxu.Az xəbər verir ki, bu barədə NATO Baş katibinin Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavier Kolomina paylaşımında bildirib.

“NATO-nun Brüsseldəki mənzil qərargahında Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan ilə görüşdük. NATO-Ermənistan ikitərəfli əməkdaşlığının gücləndirilməsi yolları və xüsusilə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə son razılaşmadan sonrakı normallaşma prosesində regional dinamikanı müzakirə etdik”, - paylaşımda deyilir.

Good to meet deputy FM Kostanyan at #NATO HQ in Brussels. Discussed ways to strengthen NATO-#Armenia bilateral cooperation, and regional dynamics in particular progress in the normalisation process between 🇦🇲 and 🇦🇿 after the recent agreement on border delimitation pic.twitter.com/8r7aFCktG3

— Javier Colomina (@JavierColominaP) May 7, 2024