Biləsuvarda qəzada yaralanan şəxs xəstəxanada öldü

3 days ago 2

Biləsuvarda baş verən qəzada yaralanan şəxs xəstəxanada ölüb.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, VAZ markalı avtomobillərin toqquşması nəticəsində ağır xəsarət alan sürücülərdən biri, Biləsuvar sakini, 1989-cu il təvəllüdlü Rafiq Rəfail oğlu Əhmədov Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Səhər saatlarında həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Read Entire Article