Zimbabvedən olan ikiqat Olimpiya çempionu Kirsti Koventri Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti seçilib.
Oxu.Az-ın TASS-a istinadən bildirdiyinə görə, seçki konfransı Yunanıstanda BOK-un 144-cü sessiyası çərçivəsində baş tutub.
Koventri BOK-a rəhbərlik edən ilk qadın olacaq. O, iyunun 24-də vəzifəsinin icrasına başlayacaq. Bu tarixədək komitəyə əvvəlki rəhbər Tomas Bax rəhbərlik edəcək.