Berlinin bir hissəsini zəhərli tüstü bürüdü: Əhaliyə xəbərdarlıq edildi - FOTO/VİDEO

2 hefte evvel 13

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya paytaxtının bir hissəsi zəhərli tüstüyə bürünüb. Səbəb Berlində metal emalı zavodunun ərazisində baş verən yanğındır.

Zavodda kimyəvi maddələr olduğu vurğulanıb.

Yerli hökumət əhaliyə bacardıqca küçələrə çıxmamaları barədə xəbərdarlıq edib, qonşu evlərdə yaşayan sakinlərdən isə pəncərə və qapılarını bağlı saxlamaları istənilib.

Yanğının sahəsi 2000 kvadratmetrə çatıb.

Fövqəladə hadisə yerində yanğınsöndürmə briqadaları işləyir.

Yanğının səbəbi hələlik məlum deyil.

Mənbə: Berliner Zeitung