Azərbaycanda ilk dəfə olaraq dünya miqyasında tanınan Adobe Certified Professional World Championship dizayn müsabiqəsi təşkil olundu. Bu nüfuzlu beynəlxalq yarış Baku Design Academy (BDA)-nın təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Yaradıcı Sənayelər Mərkəzinin dəstəyi ilə həyata keçirildi.

Dizayn sahəsində qlobal miqyasda tanınan bu yarışma yerli gənc istedadların beynəlxalq arenaya çıxması üçün əhəmiyyətli bir fürsət oldu. Ölkə üzrə 450-dən çox gənc dizaynerin müraciət etdiyi müsabiqədə 50 nəfər Hackathon mərhələsində iştirak imkanı qazandı. Daha sonra seçilən 25 yarımfinalçı arasından ölkəmizi ABŞ-də keçiriləcək dünya finalında təmsil edəcək 3 qalib müəyyənləşəcək.
Yarışmanın gənclərə və ölkəyə verdiyi töhfələr:
- Azərbaycan dizaynerləri Amerikada ölkəmizi təmsil edəcək.
- Gənclər Adobe tərəfindən təqdim edilən beynəlxalq səviyyəli sertifikatla təltif olunacaq – bu sənəd dizayn sahəsində bilik və bacarıqların qlobal tanınmasında ən etibarlı göstəricilərdən biri hesab olunur.
- Əmək bazarına keyfiyyətli kadrların hazırlanması – yarışmaya hazırlıq müddətində iştirakçılar öz bacarıqlarını daha da inkişaf etdirərək, peşəkar səviyyəyə yüksəldilər.
- Finalçılar üçün Amerikada yeni peşəkar əlaqələr qurmaq imkanı – dünya dizayn sektorunda tanınan simalarla tanışlıq və gələcək əməkdaşlıq perspektivləri yaranacaq.
BDA bu yarışma ilə bir daha sübut etdi ki, Azərbaycanda dizayn sahəsində gənclərin inkişafı üçün qlobal standartlara uyğun imkanlar yaratmaq mümkündür. Artıq bir çox beynəlxalq layihəyə imza atan Baku Design Academy Adobe və Certiport-un Azərbaycandakı tək rəsmi nümayəndəsi kimi yerli istedadları dünya səviyyəsinə çıxarmağa ardıcıl şəkildə davam edir.







Hackathon reels desc:
Adobe World Championship ilk dəfə Azərbaycanda!
BDA-nın təşəbbüsü, Mədəniyyət Nazirliyi və Yaradıcı Sənayelər Mərkəzinin dəstəyi ilə reallaşdı!
450 müraciətçidən seçilən 50 gənc Hackathon-da bacarığını göstərdi.
Onlardan 25-i növbəti mərhələyə keçdi, 3 qalib isə ABŞ finalında ölkəmizi təmsil edəcək!
Qalibləri gözləyən fürsətlər:
Amerika səfəri və dünya finalı
Adobe-dən beynəlxalq sertifikat
Qlobal dizaynerlərlə netvorkinq
Yeni əməkdaşlıq və karyera imkanları
Hackathon-un ilhamverici nitqləri:
Aysel Gülməmmədova – Baku Design Academy, rəhbər
Rəşad Əzizov – Mədəniyyət Nazirliyi, Yaradıcı Sənayelər və Rəqəmsal İnkişaf şöbəsinin rəhbəri
Qənirə Məmmədzadə – AZMİU, Strateji Planlaşdırma şöbəsinin rəhbəri
Günel Məmmədova – Mədəniyyət Nazirliyi, Yaradıcı Sənayelər və Rəqəmsal inkişaf şöbəsinin baş məsləhətçisi
Rasim Abdullayev – AZMİU, İnnovativ Biznes İnkubatorun rəhbəri
25 yarımfinalçıya növbəti mərhələdə uğurlar!
BDA-dan Amerikaya gedən yol: Azərbaycanlı Gənclər Beynəlxalq Dizayn Çempionatında! xəbəri ilk olaraq Tedroid saytında yayımlanmışdır. Əsl mənbə bu saytdır.