Məşhur "Warner Bros" film şirkətinin istehsal etdiyi və baş rolda Bred Pittin yer aldığı "Formula-1" filminin treyleri bir gün ərzində iki milyon insan tərəfindən izlənib.
Oxu.Az "F1news"a istinadən xəbər verir ki, filmin iyunun sonunda gözlənilən premyerası "Formula-1" çempionatının yeni mövsümünün startından öncə azarkeşlərin marağını artırmaq məqsədi daşıyır.
Kanada və Avstriya Qran-priləri arasında ekranlara çıxacaq film 24 yarışdan ibarət dünya çempionatının 25-ci parlaq hadisəsi olacaq.
Baş rolda Bred Pittin iştirak etdiyi "Formula-1" filminin treyleri bir gündə iki milyon dəfə izləndi