Myanmada baş verən güclü zəlzələdən sonra Tailandın paytaxtı Banqkokda ölənlərin sayı 18-ə çatıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Thai PBS" dövlət telekanalı Tailand paytaxtının xilasetmə xidmətinin rəhbərliyinə istinadən məlumat yayıb.
Xilasedicilərin məlumatına görə, Tailandın baş auditor idarəsinin 30 mərtəbəli binasının uçduğu yerdə daha dörd qurbanın cəsədi tapılıb.
Banqkok meri Çatçat Sittiphan qeyd edib ki, paytaxtda ölənlərin yekun sayı hələ tam məlum deyil və axtarışlar davam etdikcə dəqiqləşdiriləcək.
Qeyd edək ki, martın 28-də Myanmada maqnitudası 7.7-yə çatan bir neçə güclü zəlzələ baş verib. Zəlzələlər Tailand, Çin və Vyetnamda hiss olunub. Banqkokda tikintisi başa çatmamış hündürmərtəbəli bina uçub. 40-a qədər işçi dağıntılar altında qala bilər.