Bakının iki rayonunda keçirilən əməliyyat zamanı 22 qumbara aşkarlandı

1 month ago 12

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər nəticəsində Binəqədi və Nərimanov rayonları ərazisində 22 qumbara, bir tapança, bir tüfəng, bir patron darağı və 13 patron tapılaraq götürülüb. Həmçinin 48 yaşlı paytaxt sakini bir avtomat silahı, bir patron darağı və dörd patronu könüllü olaraq polisə təhvil verib.

Faktla bağlı araşdırmalar aparılır.

Read Entire Article