Xəzər rayonu Zuğulba qəsəbəsində yerləşən və əvvəllər Yevsey Gindes adına uşaq sümük-vərəm xəstəlikləri sanatoriyası kimi fəaliyyət göstərən bina yararsız vəziyyətdədir.
Bəs onun yenidən qurulması istiqamətində işlər görüləcək?
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib ki, binaya baxış keçirilib.
Mətbuat katibi vurğulayıb ki, binanın yeni aşkar edilən tikililər siyahısına daxil olunması istiqamətində işlər görülür.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Bakıdakı sümük-vərəm xəstəlikləri sanatoriyası yenidən təmir olunacaq?