Bakıda işıqfor yararsız vəziyyətə düşüb.
Oxu.Az xəbər verir ki, Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, bu gün səhər saatlarında paytaxtın Nizami rayonu, Babək prospekti ilə Əlişir Nəvai küçəsinin kəsişməsində qəza baş verib. Hadisə səbəbindən bir işıqfor dirəyi yararsız vəziyyətə düşüb. NİİM tərəfindən sıradan çıxan işıqforun yenisi ilə əvəzlənməsi işləri görülür.