Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Cəmşid Naxçıvanski küçəsində qeydə alınıb.
Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.