Qərbi Kaspi Universitetinin tələbəsi faciəvi şəkildə ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə Universitet məlumat yayıb.
Qərbi Kaspi Universitetinin Yüksək texnologiyalar və innovativ mühəndislik fakültəsinin İnformasiya texnologiyaları ixtisasında təhsil alan V kurs tələbəsi İkram Şahbalayev dəm qazından boğularaq dünyasını dəyişib.