Bakıda "BakuBus" avtobusu park halında olan avtomobillərə çırpıldı

1 month ago 13

Bakıda avtobus yol kənarında park halında olan avtomobillərə çırpılıb.

Oxu.Az xəbər verir ki, hadisə nəticəsində avtomobillərə ciddi maddi ziyan dəyib.

Məsələ ilə bağlı "BakuBus" MMC-dən bildirilib ki, hadisə 11 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus sürücüsü tərəfindən törədilib:

"Bu gün saat 10:20-də 11 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, dövlət qeydiyyat nişanlı 90-JY-786 avtobusun iştirakı ilə Məhəmməd Hadi küçəsi, 298 ünvanında yol-nəqliyyat hadisəsi baş verib. Nəqliyyat vasitəsini idarə edən sürücü Ramin Təhməzovun verdiyi ilkin məlumata əsasən, avtobus hərəkət zamanı ehtiyatsızlıq səbəbindən yol kənarında dayanan digər nəqliyyat vasitələri - 10-KR-201 və 77-HS-309 dövlət qeydiyyat nişanlı avtomobilləri zədələyib. Bununla bağlı aidiyyəti qurumlara məlumat verilib və lazımi araşdırmalara başlanılıb".

Qəza nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.

"Həzi Aslanov" metro stansiyasının yaxınlığında qəza baş verib pic.twitter.com/JTJScVFUpV

— Oxu.Az (@oxuaz) March 14, 2025
Read Entire Article