Bakıda boşanmaq istəyən arvadının qulağını kəsən kişi SAXLANILDI

1 week ago 7

Bakının Sabunçu rayonunda arvadının üzünə bıçaqla xəsarət yetirib, qulağını kəsən şəxs saxlanılıb.

Bu barədə Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov məlumat verib.

O bildirib ki, aprelin 4-də Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində həyat yoldaşına xəsarət yetirən İntiqam Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb:

"Şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi açılıb. Araşdırma aparılır".

Aygün Mirakif

Read Entire Article