Bakı-Qazax yolunda iki maşın toqquşdu - "Prius" KANALA AŞDI

1 month ago 9

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Goranboy rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Mingəçevir şəhər sakini Nurlan Quliyevin idarə etdiyi "Toyota Prius" avtomobili Naftalan sakini Natiq Allahverdiyevin idarə etdiyi VAZ-21099 maşınına çırpılıb.

Qəzadan sonra avtomobillərdən biri yaxınlıqdakı su kanalına düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Murad Həsənov

Read Entire Article