Azərbaycanlılar Türkiyədə mənzil alışında ilk yerlərdədirlər

1 month ago 13

2025-ci ilin fevral ayında Türkiyədə ən çox mənzil alan əcnəbilər arasında Azərbaycan vətəndaşları dördüncü yeri tutublar.

Bu barədə Oxu.Az Türkiyə Statistika Komitəsinin statistik məlumatlarına istinadla xəbər verir.

Komitənin məlumatına görə, Azərbaycan vətəndaşları keçən ay Türkiyədə 87 mənzil alıblar.

Bu siyahıda ilk yeri Rusiya vətəndaşları tuturlar. Onlar fevralda 256 mənzil alıblar.

İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq, İran (133) və İraq vətəndaşları (99) qərarlaşıblar.

Read Entire Article