Azərbaycanın qadın futbolçusu təcavüzkar davranışa görə cəzalandı

2 weeks ago 8

AFFA Yüksək Qızlar Liqasının "Baku Juniors" klubunun futbolçusu Xanmana Əhmədova 4 oyunluq diskvalifikasiya olunub.

Oxu.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar verilib.

Buna səbəb Əhmədovanın martın 22-də evdə "Dirçəliş"ə qarşı oyununun 28-ci dəqiqəsində etdiyi təcavüzkar davranış olub.

O, qırmızı vərəqə alaraq meydandan qovulduğu üçün 4 oyunluq cəzalanıb.

Read Entire Article