Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb - FOTO

2 hefte evvel 12

Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb.

Bu barədə Azərbaycan Şahmat Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, qadın şahmatçıların şəxsi Avropa çempionatının qalibi Ülviyyə Fətəliyevaya qızıl medal və kubok təqdim olunub.

Qalib şahmatçının şərəfinə Azərbaycanın Dövlət Himni səsləndirilib. Mərasimdə həmçinin müxtəlif nominasiyalar üzrə ən yaxşı performans nümayiş etdirən şahmatçılar təltif olunub.

Təmsilçilərimizdən Günay Məmmədzadə və Səbinə İbrahimova xüsusi mükafata layiq görülüblər.