Azərbaycana idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluq aşkarlanıb

1 month ago 15

Nəzarət tədbirləri çərçivəsində ölkəyə idxal olunan bir sıra qida məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Uyğunsuzluqlar, əsasən, məhsul partiyalarının fiziki-kimyəvi göstəriciləri, həmçinin müvafiq olaraq kif-maya göbələklərinin və "Aflatoksin B1"in normadan artıq olması ilə bağlı olub.

Həmin məhsullar aşağıdakılardır:

Məhsulun adı

İstehsal və son istifadə tarixi

Miqdarı

Mənşə ölkəsi

İstehsalçı

İdxalçı

Hidrogenləşdirilmiş palma sterini

01.11.2024

-

01.05.2026

23869.44 kq

Malayziya

"MOI Foods Malaysia Sdn. Bhd."

"Mamam Chocolate And Bakery" MMC

Quzu əti

30.11.2024

-

30.11.2025

17000 kq

Monqolustan

"AZAT LLC"

"Eleven Group" MMC

Dondurulmuş

mal əti

18.11.2024

-

18.11.2025

6180 kq

Ukrayna

"VKP"Verbovskoye"

"Hereti Bottling Company" MMC

Qarğıdalı yarması

28.11.2024

-

28.09.2025

10000 kq

Rusiya

OOO "TРАСТ"

"Bolluq LTD" MMC

Faktla bağlı normativ tələblərə cavab verməyən məhsulların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya utilizasiyası barədə qərar qəbul olunub.

Read Entire Article