Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Myanma və Tailandda baş verən dağıdıcı zəlzələ ilə bağlı başsağlığı verib.
Oxu.Az xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.
"Biz fəlakətdən zərər çəkmiş insanların mümkün qədər tez normal həyata qayıtmasına, dağılmış regionların bərpasına və yenidən qurulmasına ürəkdən inanırıq", - deyə paylaşımda qeyd edilib.
We express condolences to those who have been affected by the devastating earthquake occurred in Myanmar and Thailand.
We sincerely hope for the earliest possible return to normalcy for those affected by the disaster, and for the recovery and restoration of the affected regions.…
Xatırladaq ki, martın 28-də Myanmada 7.7 (bəzi məlumatlarda 7.9) bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində 1000-dən çox insan həlak olub, üç minə yaxın insan yaralanıb.
Zəlzələnin episentri Myanmada olsa da, Çin, Tailand və Vyetnam sakinləri də yeraltı təkanları hiss ediblər.