Azərbaycan Ordusunun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub.
Oxu.Az xəbər veirr ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, martın 19-u saat 14:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
08:42
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, martın 18-də saat 22:20-dən martın 19-da saat 01:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod, Yuxarı Şorca və Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan yenidən fasilələrlə atəşə tutub.