Bu il aprelin 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 026,5 milyon ABŞ dolları təşkil edib.
Oxu.Az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Bildirilib ki, bu, martın 1-i ilə müqayisədə 0,3 % çoxdur.
AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 0,6 % artıb, ancaq son bir ildə 5,4 % azalıb.