Azərbaycan millisini məğlub edən Haiti xal ehtiyatını artıraraq səkkizinci pilləyə yüksəlib

2 weeks ago 7

Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyasının (KONKAKAF) yeni reytinqi açıqlanıb.

Oxu.Az "Opta" nəşrinə istinadən xəbər verir ki, siyahıya Meksika millisi başçılıq edir.

Ötən ayın sonlarında Sumqayıtda Azərbaycan millisi üzərində 3:0 hesablı qələbə qazanan Haiti yığması xal ehtiyatını artırıb. Bu qalibiyyət haitililərin xal sayını 1481-ə çatdırmasına yol açıb. Nəticədə Haiti millisi KONKAKAF reytinqində 8-ci pillədə qərarlaşıb.

Haiti millisi Karib Hövzəsi zonasında isə Yamaykadan sonra ikinci sıradadır.

KONKAKAF reytinqində ilk 10-luq:

1. Meksika - 1946 xal;

2. Kanada - 1837;

3. Panama - 1778;

4. ABŞ - 1712;

5. Kosta-Rika - 1668;

6. Yamayka - 1552;

7. Honduras - 1534;

8. Haiti - 1481;

9. Qvatemala - 1377;

10. Trinidad və Tobaqo - 1360.

Read Entire Article