Azərbaycan çempionatında qalib bəlli olacaq

1 month ago 15

Bu gün minifutbol üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşəcək.

Oxu.Az xəbər verir ki, həlledici görüşdə "Zirə" və "Birbaşa Bakı" komandaları üz-üzə gələcək.

Matç saat 21:00-da, Bakı Tennis Akademiyasında start götürəcək.

Xatırladaq ki, ötən il "Birbaşa Bakı" komandası Azərbaycan çempionu olmuşdu.

Qeyd edək ki, görüş İdman TV kanalında canlı yayımlanacaq.

Read Entire Article