Avtobusdan düşən gənc qızı maşın vurdu: Vəziyyəti ağırdır

1 month ago 15

Şamaxıda gənc qızı "Ford" markalı avtomobil vurub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Şamaxı rayon sakini olan 2007-ci il təvəllüdlü Güldanə Aqşin qızı Xəlilova Məlikçobanlı kəndində avtobusundan düşüb, yolu keçərkən Nəcəf Xudaverdiyevin idarə etdiyi avtomobil onu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan zərərçəkən Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, daha sonra isə Bakıdakı Kliniki Tibbi Mərkəzə göndərilib.

Vəziyyətinin ağır olduğu deyilir.

Read Entire Article