Avrostat: "Azərbaycan Avropa İttifaqına LNG tədarükü üzrə liderlər sırasındadır"

1 month ago 10

Avropa İttifaqı (Aİ) ölkələri ilk dəfə olaraq Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) idxalını artırıb.

Oxu.Az xəbər verir ki, bu barədə TASS Aİ-nin statistika idarəsinə (Avrostat) istinadən məlumat verib.

Rusiyanın ümumi LNG ixracında payı 23.6% təşkil edib ki, bu da ölkəni bu göstərici üzrə ikinci yerə yüksəldib.

ABŞ 2.25 milyard avro dəyərində xammal sataraq 27.8% payla Avropa İttifaqına LNG tədarükündə birinci yeri tutub.

Üçüncü yerdə 16.5% pay və Avropaya 1.33 milyard avroluq tədarük həcmi ilə Əlcəzair yerləşib. Dördüncü yerdə 12.6% və ya 1.02 milyard avroluq payla Norveçdir.

Azərbaycan 4.5%-lik pay və 365 milyon avro ixrac həcmi ilə ilk beşliyi tamamlayır.

Read Entire Article