Asiya Çempionlar Liqası: Ronaldu iranlılara qol vuraraq komandasına qələbə qazandırdı

3 weeks ago 15

Asiya Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində Səudiyyə Ərəbistanının "Ən-Nəsr" komandası İranın "İstiqlal" klubu ilə qarşılaşıb.

Oxu.Az xəbər verir ki, matç birincilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Ən-Nəsr"in heyətində Con Duran dubla imza atıb. Daha bir dəfə isə Kriştianu Ronaldu penaltidən fərqlənib.

Bununla da portuqaliyalı ulduz karyerasında 927-ci qolunu vurub.

Read Entire Article