Argentinanın Buenos-Ayres əyalətinin cənubunda baş verən daşqınlar nəticəsində azı 10 nəfər ölüb, 1000-dən çox insan təxliyə edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "La Nacion" nəşri məlumat yayıb.
Qeyd olunur ki, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün əraziyə əyalət və federal qüvvələri cəlb edilib.