Argentina millisi daha bir ciddi itki ilə üzləşib

1 month ago 12

Futbol üzrə Argentina yığmasında növbəti futbolçu heyətdən çıxarılıb.

Oxu.Az xəbər verir ki, "İnter"in hücumçusu Lautaro Martines DÇ-2026-nın seçmə mərhələsində komandasına kömək edə bilməyəcək.

Bu barədə ölkə futbol federasiyasından məlumat verilib. Martinesdən əvvəl Lionel Messi və Paulo Dibala Uruqvay (22 mart) və Braziliya (25 mart) yığmalarına qarşı oyunlarda iştirak etməkdən məhrum olmuşdular.

Qeyd edək ki, Argentina yığması Cənubi Amerika seçmə zonasında 12 turdan sonra 25 xalla lider mövqeyində qərarlaşıb.

Read Entire Article