AMEA "Əziz Səncər fəxri diplomu" təsis edib

1 month ago 16

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) "Əziz Səncər fəxri diplomu" təsis olunub.

Oxu.Az xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

Bundan başqa, AMEA "Üzeyir Hacıbəyli fəxri diplomu", həmçinin "Lev Landau fəxri diplomu"nun da təsis edilməsini qərara alıb.

Qeyd edək ki, türkiyəli alim Əziz Səncər 2015-ci ildə DNA təmiri sahəsində araşdırmalarına görə kimya üzrə Nobel mükafatını alıb.

Read Entire Article