Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu - VİDEO

1 hefte evvel 12

Almaniya Bundesliqasında 32-ci tura start verilib.

Oxu.Az xəbər verir ki, ilk oyun günündə Dortmund “Borussiya”sı “Auqsburq”la evində “Bavariya” isə “Ştuttqard”la səfərdə qarşılaşıb.

Sürətli hücumlarla başlayan “Borussiya Dortmund” “Auqsburq” görüşündə hesab erkən qolla açılıb. 4-cü dəqiqədə Moukoko meydan sahiblərini irəli çıxarıb - 1:0. Bu qoldan ruhlanan meydan sahibləri rəqibi yenidən meydanın mərkəzinə dəvət ediblər. 20-ci dəqiqədə Donyel Malin fərqi 2-yə yüksəldib - 2:0. 30-cu dəqiqədə səhnəyə çıxan Moukoko dublunu rəsmiləşdirib - 3:0. Məğlubiyyətlə barışmayan qonaqlar fərqi 2-yə endiriblər. Ruben Varqas 32-ci dəqiqədə dəqiq oynayıb - 1:3. “Auqsburq” futbolçularının sevinci cəmi 2 dəqiqə çəkib. Marko Roys 34-cü dəqiqədə rəqibi yenidən meydanın mərkəzinə dəvət edib - 4:1. Fasilədən sonra da üstünlüyü davam etdirən “sarı-qaralar” qonaqları yenidən məyus ediblər. Feliks Nmça 64-cü dəqiqədə  Marko Roysun ötürməsini qolla tamamlayıb - 5:1.

“Ştuttqard” “Bavariya” görüşünün favoriti qonaqlar sayılsalar da, hesabı meydan sahibləri açıblar. Stercio 29-ci dəqiqədə Deniz Undavın ötürməsini qolla tamamlayıb - 1:0. Amma məğlubiyyətlə barışmayan qonaqlar ilk hissənin sonlarına doğru hesaba tarazlıq gətiriblər. Hari Keyn 37-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib - 1:1. Görüşün sonlarına doğru aktivliyi artıran “Ştuttqard” futbolçuları rəqibi cəzalandırıblar. Yionq Cionq 83-cü dəqiqədə komanadasını hesabda irəli çıxarıb - 3:1. Görüşün sonlarına doğru daha bir qol vurulub. Silas əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə görüşdə son nöqtəni qoyub - 3:1.

Qeyd edək ki, aktivində 69 xalı olan “Bavariya” 2-ci pillədə qərarlaşıb. “Ştuttqard” 67 xalla 3-cü, ”Borussiya Dortmund” 60 xalla 5-cidir. Aktivində 39 xalı olan “Auqsburq” isə 10-cu sıradadır.

Anar Həsənov