Aleks Oksleyd-Çemberleyn "Beşiktaş"dan ayrılır

1 month ago 10

"Beşiktaş"ın futbolçusu Aleks Oksleyd-Çemberleyn karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Oxu.Az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, ingilis futbolçu "Əş-Şəbab"a keçməyə yaxındır.

Ərəb klubunun baş məşqçisi Fatih Terim təcrübəli futbolçunu sərəncamında görmək niyyətindədir.

Mövsümün sonunda "Beşiktaş"dan ayrılacağı dəqiqləşən Çemberleyn "Əş-Şəbab"ın təklifini dəyərləndirəcək. 31 yaşlı futbolçu 2023-cü il avqustun 12-dən "Beşiktaş"da oynayır.

Onun İstanbul təmsilçisi ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Qeyd edək ki, Aleks Oksleyd-Çemberleyn karyerası ərzində "Sauthempton", "Arsenal" və "Liverpul"da oynayıb.

Read Entire Article