Avropa İttifaqı Şurası Kiyevə makromaliyyə yardımı proqramı çərçivəsində Ukraynaya 3.5 milyard avro məbləğində tranşın ödənilməsini təsdiqləyib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Brüsseldə iclası keçirilən şuranın bəyanatında bildirilib.
"Şura Ukraynaya təqribən 3.5 milyard avro məbləğində üçüncü ödənişi təsdiqləyib. Bu üçüncü ödənişlə Kiyev bir il əvvəl yaradıldıqdan bəri Ukrayna Fondu çərçivəsində təxminən 20 milyard avro alacaq", - deyə bəyanatda qeyd edilib.