Ağdərə rayonunun Həsənriz kəndindən FOTOREPORTAJ

1 month ago 10

2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Həsənriz kəndi Azərbaycanın nəzarətinə qaytarılıb.

Həsənriz kəndinin keçmiş adı Aterk olub. Tədqiqatçıların ehtimalına görə, aterk türk dillərindəki atrak, yəni çayın mənsəbə töküldüyü yer sözünün fonetik variantıdır. 1992-ci ildə kəndin adı Həsənriz kimi rəsmiləşdirilib.

Hazırda kənddə 606 ev var, artıq buraya 50 ailə köç edib və 92 ev təmir olunub.

Həmçinin Ağdərə rayonunun Həsənriz kəndi üzrə artıq 360 nəfər köç üçün siyahıya düşüb.

PhotoStock.Az-ın əməkdaşı Həsənriz kəndindən fotoreportaj hazırlayıb:

Daha çox foto burada: PhotoStock.Az

Read Entire Article