Ağdam sakinindən "AK-74" silahı müsadirə edildi

4 weeks ago 12

Ağdamda polisin keçirdiyi əməliyyat zamanı yerli sakindən avtomat silahı aşkarlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq silah-sursat əldə etməkdə şübhəli bilinən rayon sakini Səbuhi Səfərov saxlanılıb.

Onun yaşadığı ünvandan "AK-74" markalı avtomat aşkarlanaraq götürülüb. O, silahı bir müddət əvvəl taparaq yaşadığı ünvanda gizlətdiyini bildirib.

Faktla bağlı cinayət işi bașlanılıb, araşdırmalar davam etdirilir.

Read Entire Article